Slimfit
  1. DÜNYA

ABŞ və İsveçin baş diplomatları iqtisadi əməkdaşlığı müzakirə edib

ABŞ və İsveçin baş diplomatları iqtisadi əməkdaşlığı müzakirə edib
Sakura

ABŞ və İsveçin baş diplomatları iqtisadi əməkdaşlığı müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio və İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard arasında telefon danışığı olub.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Diplomatlar Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın, ədalətli və davamlı sülhə nail olmağın zəruriliyini bir daha təsdiq ediblər.

Onlar həmçinin ABŞ və İsveç xalqlarının rifahı naminə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

Dövlət katibi Rubio ABŞ-İsveç tərəfdaşlığının NATO-nun təhlükəsizliyində mühüm rolunu vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR