Dərc edildi: Baxış sayı: 565
ABŞ rəsmən UNESCO-dan çıxdı
ABŞ BMT-nin Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə təşkilatından (UNESCO) rəsmən çıxdı. Publika.az xəbər verir ki, UNESCO-dan çıxış üzrə 2017-ci ilin oktyabrında elan edilən qərar təşkilatın nizamnaməsinə uyğun olaraq bazar ertəsi qüvvəyə minib. ABŞ bu gündən etibarən UNESCO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir. Vaşinqton daha üzvlük haqqı ödəməyəcək və UNESCO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcək. ABŞ-ın təşkilatdan çıxışının səbəbi xüsusi halda, ərəb-İsrail münaqişəsi üzrə fikir ayrılıqları göstərilir. Qeyd edək ki, 1984-cü ildə Ronald Reyqa administrasiyası təşkilatı anti-amerikanizmdə və bədxərclikdə ittiham edərək onu tərk etmişdi. ABŞ-ın 2003-cü ildə UNESCO-ya qayıtmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət