Slimfit
  1. AZƏRBAYCAN

“ABA”da yeni təyinat

“ABA”da yeni təyinat
Sakura

“ABA”da yeni təyinat

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun avqust ayı üzrə növbəti iclası keçirilib.

İclas fövqəladə hallar zamanı bankların enerji təminatının dayanmaması, enerji məsələlərinin optimizasiyasına həsr edilib.

Ekspert Qrupunun iclası zamanı enerji təminetmənin optimizasiyası və enerji sahəsində İT təhlükəsizliyinə aid olan digər məsələlər müzakirə edilib. Müvafiq əlaqədar orqanlarla görüşlər keçirilərək fövqəladə hallar zamanı enerji təminatının optimizasiyasına dair müzakirələrin aparılması qərara alınıb.

Həmçinin iclas zamanı qrupda yeni təyinat olub. Belə ki, İlqar Əliyev “İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun müavini vəzifəsinə təyin edilib.

İlqar Əliyev kimdir?

İlqar Əliyev 2006-2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daxili Audit departamentində İnformasiya texnologiyaları üzrə böyük auditor və şöbə rəisi vəzifələrində çalışıb.

2013-cü ildən GRC Assurance & Advisory şirkətində İdarəetmə Auditi üzrə menecer vəzifəsində işləyib.

2017-ci ildən Prima Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəridir.

Hazırda İnformasiya Sistemlərinin Təhlükəsizliyi və İdarəedilməsi üzrə Audit və Konsultasiya xidmətləri təqdim edir.

2006-cı ildən Beynəlxalq İSACA (ABŞ) assosasiyasının üzvüdür. İlqar Əliyev CISA (İnformasiya Sistemləri üzrə Sertifikatlaşmış Auditor), CISM (İnformasiya Təhlükəsizliyi üzrə Sertifikatlaşmış Menecer), CGEIT (İnformasiya Texnologiyalarının İdarəçiliyi üzrə peşəkar sertifikat), CRISC (İnformasiya sistemlərində risklərə nəzarət üzrə peşəkar sertifikat), COBIT 5 Security Assessor peşəkar sertifikatlara malikdir.

Xatırladaq ki, Ekspert Qrupunun sədri “PAŞA Bank”ın İdarə Heyətini üzvü Cəlal Orucovdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 
Mənbə: Moneta.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR