Slimfit
  1. MARAQLI

40 – cı cəhddə yaradılan milyard dollarlıq şirkət

40 – cı cəhddə yaradılan milyard dollarlıq şirkət
Sakura

40 – cı cəhddə yaradılan milyard dollarlıq şirkət

Böyük uğurlara nail olmaq həqiqətən də səbr tələb edən prosesdir. Hətta söhbət milyard dollarlıq bir şirkət qurmaqdan gedirsə, əlbəttə ki, bunun üçün dəfələrlə cəhd göstərmək lazımdır. “WD-40 Company” adlı Amerika şirkəti məhz bu baxımdan nümunə ola biləcək hekayəyə sahibdir. Bunun səbəbini öyrənmək üçün şirkətin yaranma tarixinə nəzər salaq.

1953 – cü ildə “WD-40 Company” – nin (ilk təsis edildiyi zaman adı “Rocket Chemical Company idi) yaradıcısı Norm Larsenin üç nəfərdən ibarət komandası havaçılıq sektorunda paslanmanın qarşısını alan həlledici və yağ həlledicisi olaraq istifadə edilməsi məqsədilə su yer dəyişdirmə formulu yaratmaq üçün çalışmağa başladı. 39 uğursuz cəhddən sonra komanda mükəmməl formulu əldə etməyə nail oldu. 40 – cı cəhd zamanı uğur qazandıqları üçün formulun adı “WD-40” oldu. Bu formul o qədər uğurlu oldu ki, həmin tarixdən 65 il keçməsinə baxmayaraq hələ də satılır.

Daha sonra şirkətin yaradıcısı Norm Larsen işi böyütmək üçün yeni yollar axtarmağa başladı və evdə istifadə üçün WD-40 spreylərini istehsal etdilər. 1958 – ci ildən etibarən bu məhsul San Dieqo şəhərində satışa verildi.

Şirkətin satışları müntəzəm olaraq artmağa davam etdi və 1969 – cu ildə “Rocket Chemical Company” WD-40 məhsulunun uğurunun şərəfinə adını WD-40 Company olaraq dəyişdirdi.

Şirkətin hazırda dəyəri təqribən 1.3 milyard dollardır. Bununla yanaşı WD-40 məhsulu iki mindən çox sahədə istifadə olunur.  

Tamara Mustafayeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR